İQTİSADİYYAT


“Laçın” tankerinin ilk sifarişi ilə bağlı danışıqlar aparılır

Bakı, 16 dekabr, AZƏRTAC

Yeni istifadəyə verilən “Laçın” tankerinin ilk sifarişi ilə bağlı danışıqlar aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

M.Mehdiyevin sözlərinə görə, danışıqlardan asılı olaraq tankerin dünya və ya Xəzər dənizində hərəkət edəcəyinə qərar veriləcək. Tankerin texniki imkanları onun maksimum yüklə Volqa-Don kanalı ilə həm dünya sularında, həm də Xəzər dənizində hərəkət edə bilməsinə imkan verir. Əvvəllər gəmilər Volqa-Don kanalı dar olduğu üçün oradan keçə bilmirdilər. Yeni tankerdə bütün bu xüsusiyyətlər nəzərə alınıb.

Qeyd edək ki, gəminin uzunluğu 141 metr, eni 16,9 metrdir. On beş nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker Iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.