REGİONLAR
Laçından olan şəhid Qorxmaz İsgəndərov dəfn edilib VİDEO
Ağcabədi, 16 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsgəndərov Qorxmaz İsgəndər oğlu ilə vida mərasimi laçınlıların məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlə vida mərasimində Laçın Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin cənazəsi Taxtakörpü ərazisindəki qəbiristanlıqda yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Qorxmaz İsgəndərov Laçın rayonunun Sadınlar kəndindəndir. O, dövlət sərhədinin Kəlbəcər istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.