MƏDƏNİYYƏT


“Laçınım – doğma yurdum” adlı videoçarx hazırlanıb

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 1-i Azərbaycanın ən şanlı tarixlərindən biridir. Azərbaycanın ayrılmaz hissəsi Laçının azadlığa qovuşduğu gündür. Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Laçınım – doğma yurdum” adlı videoçarx hazırlayıb.

AZƏRTAC xəbər verir ki, videoçarxda Laçının azad olunduğu tarix, xəritə təsviri və rayon ilə bağlı informasiya yer alıb. Eyni zamanda, rayonun təbiəti, maddi-mədəni irsi və memarlıq abidələri haqqında ümumi məlumat verilib.

Videoçarxda Laçının memarlıq abidələrindən – “Dağdağan bulağı”, “Bir tağlı körpüsü”, “Məşədi Mehralı körpüsü”, “Məlik Əjdər türbəsi”, “1941-1945 Xatirə abidə”si, “Ağoğlan monastırı”, Güləbird kəndində yerləşən “Mağara qalası”, Sarı Aşığın məzarı, Qarıqışlaq kəndində yerləşən “Dəmirovlu Pir məbədi”, Varazuğun ərazisində məbəd, “Hoçaz qayası” ilə bağlı görüntülər də nümayiş olunur.

Videoçarx Məhəbbət Kazımovun “Laçınım” mahnısı ilə müşayiət edilir.

Zəfər sevinci ilə hazırlanan videoçarxı kitabxananın “YouTube” kanalına daxil olaraq izləmək mümkündür.

https://www.youtube.com/watch?v=WnV-33Jc-BA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.