REGİONLAR


Laçınlı kümçülər barama tədarükünü başa çatdırıblar

Ağcabədi, 25 iyun, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər barama tədarükünü başa çatdırıblar. İstehsal edilən 418 kiloqram məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.

Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, laçınlı məcburi köçkünlər üçüncü ildir ipəkqurdu bəsləyirlər. Bu il rayon üzrə 10 qutu (190 qram) ipəkqurdu toxumu yetişdirilib və nəzərdə tutulandan çox barama tədarük olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.