REGİONLAR


Laçınlı məcburi köçkünlər 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

Ağcabədi, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər tərəfindən də yad edilib.

AZƏRTAC xəbər verir ki, faciənin 29-cu ildönümü ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilib, Taxtakörpü qəsəbəsində “Şəhidlərin xatirə kompleksi” ətrafında təmizlik və abadlıq işləri aparılıb.

Yanvarın 20-də rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri Taxtakörpü qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısında onların ölməz xatirəsinə ehtiramlarını bildirib, önünə gül-çiçək düzüblər. Mərasimdə “20 Yanvar faciəsi rayon məktəblilərinin gözü ilə” adlı rəsm əsərlərindən ibarət şagirdlərin əl işləri nümayiş olunub.

20 Yanvar faciəsinin ildönümü münasibətilə qəsəbədə dövlət bayraqları endirilib, gün ərzində matəm musiqisi səsləndirilib, saat 12:00-da rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və avtomobillərdən səs siqnalları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.