REGİONLAR


Laçınlı məcburi köçkünlər 2477,8 ton taxıl istehsal ediblər

Ağcabədi, 26 iyun, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər taxıl biçinini başa çatdırıblar.

Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 1151,5 hektar sahədə biçin aparılıb. Onun 1034 hektarı arpa, 117,5 hektarı buğda sahələridir. Zəmilərdən 2477,8 ton məhsul əldə olunub. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 25,2, arpa zəmilərində isə 21,1 sentnerdir.

Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.