REGİONLAR


Laçınlı məcburi köçkünlər 689 hektar sahədə payızlıq səpin aparıblar

Ağcabədi, 11 noyabr, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər payız səpinini davam etdirirlər.

Laçın Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək Taxtakörpü ərazisində 950 hektarda payız şumu qaldırılıb. 689 hektar sahədə payızlıq səpin həyata keçirilib ki, onun da 672 hektarı arpa, 17 hektarı buğdadır.

Qeyd edək ki, Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.