REGİONLAR


Laçınlı məcburi köçkünlər bayramı əsgərlərlə birgə qeyd ediblər

Ağcabədi, 29 dekabr, AZƏRTAC 

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını əsgərlərlə birgə qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, N saylı hərbi hissədə keçirilən bayram tədbirində çıxış edənlər əsgərlər və zabitləri əlamətdar bayramlar münasibətilə təbrik edib, Vətənə xidmətdə uğurlar arzulayıblar. Çıxışlarda ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışılıb, Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyaları olduğu bildirilib.

Laçın rayon mədəniyyət işçilərindən ibarət musiqi kollektivi hərbçilər qarşısında bayram konserti ilə çıxış edib. Rəngarəng musiqi nömrələri, Şaxta baba və Qar qızın çıxışları əsgər və zabitlərdə xoş ovqat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.