REGİONLAR
Laçınlı məcburi köçkünlər bu günədək 860 hektar sahədə arpa biçini aparıblar
Ağcabədi, 9 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər arpa biçinini davam etdirirlər. Bu günədək 860 hektarda biçin aparan məcburi köçkünlər 1720 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 20 sentnerdir.
Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin məhsulu üçün Taxtakörpü ərazisində 1288,5 hektar sahədə taxıl becərilib. Bunun 117,5 hektarı buğda, 1171 hektarı arpadır. Hazırda bütün qüvvələr strateji məhsulun vaxtında və itkisiz yığılmasına səfərbər edilib.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Məcburi köçkünlər ötən il becərdikləri 1103,5 hektar sahədən 2545,4 ton məhsul götürüblər.