REGİONLAR


Laçınlı məcburi köçkünlər doğma yurda qayıdacaqları günün uzaqda olmadığına əmindirlər

Ağcabədi, 18 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının Soçidə keçirilən plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı laçınlı məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanıb və böyük ruh yüksəkliyi yaradıb. Laçınlı məcburi köçkünlər Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi günün uzaqda olmadığına əmindirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatı və gənclər və idman idarəsinin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbirdə bəhs edilib.

Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlərdən danışıb. Natiq dövlətimizin başçısının bu istiqamətdə siyasətinin davamı olaraq, oktyabr ayının 3-də Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı qətiyyətli çıxışının tarixi əhəmiyyət daşıdığını bildirib. “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə Ermənistan respublikasının baş nazirinin Qarabağla bağlı sərsəm bəyanatlarının alt-üst edildiyini, Aşqabad görüşündə isə Ermənistandakı faşizm rejiminin beynəlxalq aləmdə ifşa olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən rayon gəncləri dövlətimizin inkişafı, xalqımızın rifahı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda Prezident İlham Əliyevin qətiyyətli addımlarını dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.