REGİONLAR
Laçınlı məcburi köçkünlər payız səpininə başlayıblar
Ağcabədi, 22 sentyabr, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər payız səpininə başlayıblar.
Laçın Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək 597 hektarda payız şumu qaldırılıb, 91 hektar sahədə səpin aparılıb. Əkinlərin 78 hektarı arpa, 13 hektarı isə yoncadır.
Qeyd edək ki, Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar. Bu il isə ilk dəfə olaraq Taxtakörpü ərazisində 101 hektarda pambıq becərən laçınlı məcburi köçkünlər hazırda məhsul yığımını davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]