REGİONLAR
Laçınlı məcburi köçkünlər talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olublar
Ağcabədi, 26 dekabr, AZƏRTAC
Ağcabədi rayonu ərazisində laçınlı məcburi köçkünlər üçün salınmış Taxtakörpü qəsəbəsində keçirilən könüllü qanvermə aksiyasında 50 nəfərədək insan qan verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyi və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə reallaşan aksiyada rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.