REGİONLAR


Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları daha bir qəsəbəyə tezliklə “mavi yanacaq” veriləcək

Ağcabədi, 19 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamına uyğun olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlərin məskunlaşdıqları daha bir qəsəbənin qazlaşdırılması işləri başa çatmaq üzrədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbədə qaz xətlərinin çəkilişinə may ayında start verilib. Qəsəbənin qazla təmin olunması üçün 2700 metr uzunluğunda daşıyıcı, 3200 metr uzunluğunda paylayıcı xətlər çəkilib. Rəngləmə və beton işləri yekunlaşıb. Sayğacların quraşdırılması işləri başa çatdıqdan sonra qəsəbə “mavi yanacaq”la təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.