REGİONLAR


Laçınlı məcburi köçkünlərin yaylaqlarda saxladıqları mal-qaraya zoobaytar xidmət göstərilir

Ağcabədi, 21 avqust, AZƏRTAC

Laçın rayon baytarlıq idarəsinin səyyar həkim briqadası tərəfindən laçınlı məcburi köçkünlərin yaylaqlarda saxladıqları mal-qaraya zoobaytar xidməti göstərilir. Müayinələr zamanı heyvanlarda aşkar edilən xəstəliklərə görə müalicə işləri aparılır.

AZƏRTAC xəbər verir ki, İsmayıllı rayonu ərazisindəki yaylaqlarda aparılan növbəti müayinələr zamanı 150 baş iri buynuzlu mal-qaraya, 1800 baş xırda buynuzlu heyvana baxış keçirilib. Rayonun kənd təsərrüfatı mütəxəssisləri tərəfindən sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.

Məcburi köçkünlər səyyar baytar həkim briqadası tərəfindən təsərrüfatlarında olan mal-qaraya zoobaytar xidmətinin göstərilməsini razılıqla qarsalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.