REGİONLAR
Laçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıb
Ağcabədi, 20 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçınlı məzunlar ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il ümumtəhsil məktəblərini bitirən 887 məzundan 664 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarına sənəd verib, onlardan 433-ü tələbə adını qazanıb. Tələbə adını qazanan gənclərdən 67-si 500-dən, o cümlədən 14 nəfəri 600-dən çox bal toplayıb.
Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni Alıqulu kənd, 31 və 33 nömrəli tam orta məktəblərin məzunları göstərib. Belə ki, 31 nömrəli tam orta məktəbin 13 məzunundan 8-i, 33 nömrəli tam orta məktəbin 18 məzunundan 14-ü, Alıqulu kənd tam orta məktəbin 19 məzunundan 13-ü ali məktəblərə qəbul olub. 33 nömrəli tam orta məktəbin məzunu Toğrul Ələkbərzadə imtahanlarda 689 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:30]
Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]