REGİONLAR
Laçınlılar Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər
Ağcabədi, 27 sentyabr, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin Anım Günü Ağcabədidə məskunlaşan laçınlılar tərəfindən də qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının fəalları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül dəstələri qoyublar. Tədbirdə YAP Laçın rayon təşkilatının fəalları və aparatının məsul işçiləri, idarə rəhbərləri, şəhidlərin ailə üzvləri iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz xatirəsi ehtiramla anılıb, Azərbaycan ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb.
Daha sonra şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib, şəhid Ülvin Məmmədov, Elnur Cabbarov və Ehtibar Nəcəfovun məzarları ziyarət edilib.