MƏDƏNİYYƏT


Lahıc misgərlik sənəti ilə bağlı qısametrajlı film hazırlanır

Bakı, 18 may, AZƏRTAC

“Azad Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qədim xalq sənəti - misgərlik” adlı layihə həyata keçirir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən Lahıc misgərlik sənətinin gənclərə daha yaxından tanıdılması, Azərbaycan misgərlik sənətinin tarixi haqqında beynəlxalq arenada təbliğat işlərinin aparılması, qədim misgərlik ocaqlarını təbliğ edilməsi məqsədi ilə qısametrajlı film hazırlanır.

Filmdə misgərlik sənətinin tarixi, bu sənətlə məşğul olan nəsillər, misgərlik sənətinin incəlikləri haqqında ustadlar tərəfindən geniş məlumat veriləcək. Bu film hazırda misgərlik sənəti ilə aktiv məşğul olan sənətkarların tanınmasına kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.