REGİONLAR


Lahıc qəsəbə sakininin ev-muzeyi turistlərdə maraq doğurur VİDEO

İsmayıllı, 13 noyabr, AZƏRTAC 

Lahıc qəsəbəsinin sakini, ibtidai sinif müəllimi Gültəkin Məmmədova evində şəxsi muzey yaradıb. Evin xüsusi guşəsində səliqə ilə çeşidlənən, uzaq keçmişin yadigarları olan əşyalar, ötən əsrlərə aid müxtəlif ölçüdə, zövq oxşayan naxışlarla işlənən xalçalar hər kəsdə, o cümlədən istər yerli, istərsə də xarici turistlərdə xüsusi maraq doğurur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kolleksiyada yer alan əşyalar əsasən XVIII əsrdən üzü bəri olan dövrü əhatə edir. Ev-muzeydə ən çox diqqəti cəlb edən Gültəkin Məmmədovanın 13 il ərzində toxuduğu "Ömər Xəyyam" xalçasıdır. Bu xalçanı ayrı-ayrı şəhərlərdə və rayon mərkəzlərində təşkil edilən sərgilərdə nümayiş etdirdiyini söyləyən G.Məmmədova deyib: “Sərgilərdə xüsusilə “Ömər Xəyyam” xalçasına böyük maraq olub. Xalçanın əsas üstünlüyü onun ipək sapdan toxunması, sıxlığı və xovudur. Xalçanı, eləcə də digər qədim əşyaları dəfələrlə məndən satın almaq istəyənlər olub. Lakin onlara “yox” demişəm. Axı, bu iş mənim hobbimdir”.

Qəsəbə sakini sözünə davam edərək bildirib ki, ev-muzeyə topladığı antikvar əşyaların beynəlxalq və yerli sərgilərdə nümayiş etdirilməsi üçün təklif gələrsə, məmnuniyyətlə qəbul edər. O, topladığı əşyaları gələcək nəsillərə ötürmək istəyir.

Gültəkin Məmmədovanın belə bir kolleksiya yığmasına maddi və mənəvi dəstək verən həyat yoldaşı Polad Quliyev olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.