İDMAN


Laloviç 2020-ci il Olimpiadasından sonra namizədliyini irəli sürməyə hazırdır

Bakı, 23 sentyabr, AZƏRTAC

Dünya Güləş Birliyinin (UWW) prezidenti serbiyalı Nenad Laloviç 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadadan sonra keçiriləcək seçkilərdə bu təşkilatın başçısı vəzifəsinə yenidən öz namizədliyini irəli sürməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, Laloviç bunu Nur-Sultan şəhərində dünya çempionatından sonra verdiyi müsahibədə söyləyib.

Dünya Güləş Birliyinin yeddinci prezidenti olan Laloviç bu vəzifəyə 2013-cü il mayın 18-də Moskvada keçirilmiş xüsusi konqresdə Rafael Martinettinin istefasından sonra seçilib. 2014-cü ilin sentyabrında Laloviç növbəti altı illik müddətə seçilib və idmanın bu növündə mühüm islahatlar həyata keçirib.

61 yaşlı Laloviç deyib: “Mən namizədliyimi irəli sürəcəyəm. Marketinq, kommersiya və televiziya hüquqları, turnir məhsullarının yaradılması, Afrika və Asiyada çimərlik güləşinin inkişafı sahələrində görülməli işlər çoxdur. Əgər Konqres mənə etimad göstərib növbəti prezidentlik müddətində UWW-yə rəhbərlik etmək şərəfinə layiq görərsə, mənim və UWW bürosunun işinin əsas məzmunu bundan ibarət olacaq”.

UWW-nin seçki konqresi 2020-ci ilin sentyabrında keçiriləcək. Seçkinin yeri hələ müəyyən edilməyib. Nur-Sultan şəhərində UWW-nin Bürosu qarşıdakı konqresin gündəliyini təsdiq edib. Konqresdə, o cümlədən prezidentlik fəaliyyətinin iki müddətlə məhdudlaşdırılması və 75 yaşa bərabər yaş senzi müəyyən edilməsi məsələsi qaldırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.