Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Laos xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr xalqlarımızın maraqları, dünyada sülh və beynəlxalq əməkdaşlıq naminə daha da möhkəmlənəcək.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Bounyanq Voraçit

Laos Xalq Demokratik Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin