DÜNYA


Laosda çox qədim dövrə aid yüzlərlə Budda heykəl-fiqurları aşkar edilib

Bakı, 6 oktyabr, AZIRTAC

Laosun Savannakxet əyalətində Tad İnq Hanq ibadətgahı bərpa edilərkən oradan çox qədim dövrə aid yüzlərlə Budda heykəl-fiqurları, habelə onlarca digər dini artefaktlar aşkar edilib. Bu barədə “Vientiane Times” məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Budda heykəl-fiqurların ölçüsü 8-10 santimetrdir. Onlar qızıl, gümüş, bürünc, taxta və digər materiallardan düzəldilib. XVI əsrə aid zəngin bəzədilmiş Tad İnq Hanqın hündürlüyü təxminən 9 metrdir. O, buddistlərin ibadət yeridir. Əfsanəyə görə, Budda orada dincəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.