DÜNYA


Laosda denge virusuna 2 minə yaxın yoluxma halı qeydə alınıb

Pekin, 20 iyun, AZƏRTAC

Laosda ötən ilin dekabrından bəri 1992 nəfərdə denge qızdırması müşahidə olunub, 5 nəfər bu səbəbdən ölüb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ən çox paytaxt Ventyanda (434 nəfər) denge qızdırması qeydə alınıb. Nazirlik bu ölümcül virusun yayılmasının qarşısını almaq üçün əhalini evlərinin və iş yerlərinin ətrafında ağcaqanadların toplaşa biləcəyi məkanları təmizləməyi tövsiyə edib.

Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır. Dünya Səhiyyə Təşkilatı denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil.

Virusun XVIII əsrdən yayılmağa başladığı güman olunur. Amma onun virus kimi yayılması XX əsrin əvvəlində aydınlaşdırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.