CƏMİYYƏT


Laparoskopik cərrahiyyə üzrə kurs keçiriləcək

Bakı, 17 may, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda iyunun 4-dən 15-dək “Laparoskopik cərrahiyyənin əsasları” kursu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, təlim zamanı laparoskopik cərrahiyyənin elmi əsaslarına həsr olunmuş mühazirə və videomühazirələr oxunacaq, ayrı-ayrı əməliyyatların aparılması texnikasına həsr olunmuş təcrübi məşğələlər aparılacaq. Kurs əsnasında əməliyyatların gedişi canlı nümayiş etdiriləcək.

Təlimin sonuncu günü iştirakçılar qiymətləndirilərək onlara sertifikatlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.