İQTİSADİYYAT


Lapis Lazuli marşrutu ilə konteyner yükləri Türkmənistandan Bakı Limanına göndəriləcək

Aşqabad, 13 oktyabr, AZƏRTAC

Əfqanıstanın Akina şəhərindən Lapis Lazuli marşrutu ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanına səkkiz 40 futluq konteynerdən ibarət ilk yükün daşınması yerinə yetirilib və hazırda tranzit sənədlərin rəsmiləşdirilməsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, yük konteynerləri Xəzər dənizi vasitəsilə Bakı Limanına, daha sonra Türkiyəyə dəmir yolu ilə göndəriləcək.

Xatırladaq ki, bu il iyulun 2-də Azərbaycan, Türkmənistan və Əfqanıstanın prezidentlərinin videokonfrans formatında keçirilən görüşü Lapis Lazuli dəhlizinin inkişafında səylərin gücləndirilməsinə təkan verib. Üçtərəfli danışıqlar çərçivəsində nəqliyyat layihəsinin praktiki həyata keçirilməsi məsələləri müzakirə edilmişdi.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.