ELM VƏ TƏHSİL


Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində müasir tipli məktəb tikiləcək

Tbilisi, 22 aprel, AZƏRTAC

Gürcüstanın Kaxeti bölgəsində, Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində yeni ictimai məktəb tikiləcək.

Laqodexi Rayon İcra Hakimiyyəti başçısının Qabal kəndi üzrə səlahiyyətli nümayəndəsi Namaz Allahverdiyev AZƏRTAC-a bildirib ki, məktəbin tikintisi ilə əlaqədar Gürcüstanın Bələdiyyənin İnkişaf Fondu tender elan edib.

Fondun rəhbəri, Kaxeti bölgəsinin qubernatoru, Laqodexi rayon rəhbərliyi bu günlərdə Qabal kəndinə gedərək mövcud vəziyyətlə tanış olublar.

Məktəbdəki vəziyyət nəzərə alınıb və kənddə 300 şagird yerlik, müasir tipli, bütün infrastruktura malik yeni təhsil ocağının tikintisi ilə bağlı qərar qəbul edilib.

Tikinti üçün 4 milyon 200 min lari vəsait ayrılıb. Yeni məktəbin 2020-ci ilin sonlarına təhvil verilməsi nəzərdə tutulur.

N.Allahverdiyev deyib: “Hazırda şagirdlərimiz köhnə məktəbdə, iki növbədə təhsil alırlar. Yeni məktəb istifadəyə verildikdən sonra mövcud problemlər aradan qalxacaq və şagirdlər bir növbəlilik əsasında rahat təhsil ala biləcəklər. Yeni məktəbdə istilik sistemi quraşdırılacaq, idman kompleksi, kimya, fizika və digər fənlər üçün müasir tipli laboratoriya da yaradılacaq”, - deyə N.Allahverdiyev vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.