DÜNYA
Larnaka aeroportunda koronavirusa görə həyəcanlı anlar yaşanıb
Afina, 24 fevral, AZƏRTAC
Kipr hökuməti şəxsi təyyarədə Larnaka aeroportuna İsraildən gələn 4 nəfər sərnişinin koronavirus daşıyıcıları olduqları barədə məlumat aldıqdan sonra fövqəladə tədbirlər həyata keçirib. Sərnişinlərin biri təcili Nikosiya xəstəxanasına yerləşdirilib. Digərləri müayinə edilir. Onların səhhəti barədə tezliklə Səhiyyə nazirliyi məlumat yayacaq. Qeyd edək ki, koronavirusun yayılması bir çox dövlətləri o cümlədən Kipri fövqəladə tədbirlər həyata keçirməyə məcbur edib. Virusun İtaliyada və digər ölkələrdə yayılması sərhədlərin bağlanması, ölkələr arasında nəqliyyat əlaqələrinin kəsilməsi ilə nəticələnir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]
Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib
- 19.04.2024 [13:55]
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
- 19.04.2024 [13:34]
Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır
- 19.04.2024 [13:31]