SİYASƏT


Las-Veqas şəhərinin meri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb

Bakı, 23 may, AZƏRTAC

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, konsulluğa ünvanlanmış bəyannamədə Las-Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırır. Sənəddə, həmçinin Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq əlaqələrinin davamlı inkişafından məmnunluq ifadə edilir.

Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las-Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las-Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.