DÜNYA
Las-Veqasda silahlı hücum: azı 2 nəfər ölüb, çox sayda insan yaralanıb VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
ABŞ-ın Las-Veqas şəhərində keçirilən musiqi festivalına silahlı hücum nəticəsində azı 2 nəfər həlak olub, çox sayda insan yaralanıb. Yaralananlardan 12-nin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, insident oktyabrın 1-də gecə saatlarında “Mandalay Bay” otelinin yaxınlığında baş verib. İlkin ehtimala görə, naməlum şəxs festivala toplaşanları otelin balkonundan avtomat silahla atəşə tutub.
ABŞ polisi şübhəli şəxsin zərərsizləşdirildiyi barədə məlumat verib. Onun sağ qalıb-qalmadığı məlum deyil. Hücumun bir nəfər tərəfindən həyata keçirildiyi bildirilir.
Yaralıların sayı barədə KİV-də fərqli məlumatlar yayılır, rəqəmlər 20-70 nəfər arasında dəyişir.
İnsidentlə əlaqədar hadisə yerinin yaxınlığındakı yollar, habelə şəhərin hava limanına giriş və çıxış bağlanılıb, əməliyyat davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]