YUBİLEY TƏBRİKLƏRİ
“Latin America News Agency” xəbər agentliyinin direktoru
Xuan Manuel Fonruj
-Göndərdiyim bu video vasitəsilə AZƏRTAC-ın jurnalislərini və digər bütün əməkdaşlarını salamlayır və Agentliyin 100 illik yubileyi, eyni zamanda bu 100 il ərzində qazanılan böyük uğurlar münasibətilə təbrik edirəm! Həmçinin fürsətdən istifadə edib sizə, xüsusilə AZƏRTAC-ın İdarə Heyyətinin sədri, dostum cənab Aslan Aslanova Latın Amerika Xəbər Agentlikləri Birliyinin salam və təbriklərini çatdırmaq istərdim. Düşünürəm ki, Aslan Aslanov OANA-da sədrlik etdiyi dövrdə və Azərbaycanda keçirilən Dünya Xəbər Agentlikləri Koqresi Şurasında öz işini layiqincə yerinə yetirib. Yeri gəlmişkən, AZƏRTAC-ın yeni fəaliyyətə başlamış və sürətlə inkişaf etməkdə olan İspan dili şöbəsinə fəaliyyətində uğurlar arzulayıram. Agentlikdəki bu yeni xidmət sayəsində Azərbaycan həqiqətləri ispan dilli kütləyə etibarlı bir mənbədən yayılır, biz də ispandilli ölkələrin agentlikləri olaraq rahatlıqla bu materiallardan istifadə edirik. Bundan başqa, əmin ola bilərsiniz ki Argentinada və Latın Amerikasında bir dostunuz və bir həmkarınız var. Azərbaycanlı dostlarımı ürəkdən salamlayır, münasibətlərimizin həmişə olduğu kimi yaxşı davam etməsini diləyirəm. 100 yaşınız mübarək!