MƏDƏNİYYƏT


Lativiyalı rəssam Bakıda mühazirə deyəcək

Bakı, 30 aprel, AZƏRTAC

Tanınmış latviyalı rəssam İveta Vesenane mayın 3-də Azərbaycan Rəngkarlıq Muzeyində “Müasir incəsənət zövqü. Kəhrəba sapların ehtizazı” adlı mühazirə deyəcək.

AZƏRTAC xəbər verir ki, mühazirədə xanım rəssam Latviyada tekstil sənətinin indiki durumu, son 100 il ərzində tarixi prosesləri və inkişafı haqqında danışacaq. Həmçinin rəssam dünyada məşhur Latviya tekstili üzrə tanınmış rəssamlar haqqında da məlumat verəcək. Rus dilində aparılacaq mühazirədə hər kəsin iştirak etmək imkanı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.