İDMAN


“Latsio”nun futbolçusu millimizə qarşı oynayacaq

Bakı, 10 noyabr, AZƏRTAC

Futbol üzrə Monteneqro milli komandasının futbolçusu Adam Maruşiç UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə oyunda iştirak edə biləcək.

AZƏRTAC xəbər verir ki, “Latsio”nun şərəfini qoruyan futbolçu yığmanın düşərgəsinə qoşulub.

İtaliya klubu futbolçularına yığmanın düşərgəsinə getməyə icazə verməsə də, Maruşiç milliyə qoşulub. O, turnirin növbəti turlarında keçiriləcək Azərbaycan və Kiprlə oyunlarda iştirak edə biləcək.

Azərbaycan millisi noyabrın 14-də Monteneqro yığmasının qonağı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.