DÜNYA


Latviya Avropa İttifaqından 2 milyard avroyadək vəsait alacaq

Riqa, 21 aprel, AZƏRTAC

Tələb olunan vəsaitləri əldə etmək üçün Latviya bərpa və sabitlik planı hazırlamalı və bu planı Avropa Komissiyası ilə razılaşdırmalıdır. Planın aprelin 30-dək Avropa Komissiyasına göndəriləcəyi, razılaşmanın iki ay sürəcəyi, daha sonra isə planın Avropa İttifaqı Şurasında təsdiqi üçün təqdim ediləcəyi ehtimal edilir.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Latviyanın Baş naziri Krişyanis Karins deyib. O bildirilib ki, həmin vəsaitlər sayəsində gələcəkdə ölkədə iqtisadi inkişaf planları həyata keçiriləcək.

Latviyanın maliyyə nazirinin müşaviri İnts Dalderis deyib ki, ölkənin əvvəlki Avropa İttifaqı Bərpa və Dayanıqlılıq fondundan (RFF) tələb planı 1,65 milyard avro təşkil edib. Lakin yenidən gözdən keçirilmiş planda Avropa Komissiyası və sosial tərəfdaşların təklifləri nəzərə alınaraq Latviyada özəl sektora daha çox dəstək verilməsi və sosial sabitliyin möhkəmləndirilməsi nəzərdə tutulub.

Bildirilib ki, yenidən müzakirə edilmiş planda iqlim və enerji üzrə Milli Planda nəzərdə tutulmuş tədbirlərə, həmçinin 2021-2027-ci illər üçün Milli Sənaye Siyasətinin prioritetlərinə daha çox diqqət yetiriləcək.

Eyni zamanda, qeyd edilir ki, plana yenidən baxıldıqdan sonra Latviya üçün müəssisələrin birbaşa dəstəyi 40 faiz artaraq 643,21 milyon avroya qaldırılıb, dövlət sifarişi isə 1,15 milyard avroya endirilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.