İDMAN


Latviya–Azərbaycan yoldaşlıq görüşünün hakimləri müəyyənləşib

Bakı, 7 iyun, AZƏRTAC

Futbol üzrə Azərbaycan yığmasının Latviya millisi ilə keçirəcəyi yoldaşlıq görüşünün hakimləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, iyunun 9-da Latviyada oynanılacaq görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Denis Şerbakov olacaq. Ona Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Matçın dördüncü hakimi isə Aleksandr Anufriyev olacaq.

Latviya–Azərbaycan yoldaşlıq oyunu iyunun 9-da Riqanın “Dauqava” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.