CƏMİYYƏT


Latviya Dövlət Fitosanitariya Xidməti azərbaycanlı mütəxəssislərə təlim keçəcək

Riqa, 7 dekabr, AZƏRTAC

Latviya hökuməti Dövlət Fitosanitariya Xidmətinə (VAAD) Azərbaycan Dövlət Fitosanitariya Xidməti inspektorlarının fitosanitariya, habelə milli laboratoriya ekspertlərinin diaqnostika sahəsində təliminin təşkilinə və keçirilməsinə 37.980 avro ayırmağa icazə verib.

AZƏRTAC xəbər verir ki, Latviyada nəzərdə tutulan təlimin Dövlət Audit Xidməti tərəfindən təşkil edilməsi və əlaqələndirilməsi, habelə zərərli orqanizmlərin laboratoriya diaqnostikası üzrə təlimin keçirilməsi üçün müqaviləni xidmətin direktoru Kristina Lifanova imzalayacaq.

Azərbaycan Dövlət Fitosanitariya Xidməti laboratoriyasının inspektor və ekspertləri təlim çərçivəsində “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın fitosanitariya tədbirləri standartları, “Bitki mühafizəsi haqqında” Avropa-Aralıq Dənizi Təşkilatı standartları haqında geniş məlumat əldə edəcəklər.

Bir təlim kursu zərərli orqanizmlərin laboratoriya sınaqları üzrə ekspertlər, müxtəlif diaqnostika metodlarının, habelə laboratoriyada keyfiyyətin idarə olunması sisteminin tətbiqi, iki təlim kursu isə inspektorlar üçün nəzərdə tutulub.

Təlim kursunun keyfiyyətli olması üçün proqramı hazırlanacaq. Proqramda nəzəriyyə praktiki çalışmalar və istehsalat təcrübəsi, təlim proqramlarının materialları ilə uyğunlaşdırılacaq.

Bu layihə uğurla həyata keçirilsə, növbəti beynəlxalq layihələrdə iştirak etmək üçün daha geniş imkanlar açılacaq.

Təlim kursu bu il dekabrın 31-dək davam edəcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.