İDMAN
Latviya Futbol Federasiyası milli komanda üçün yeni baş məşqçi axtarışlarını tamamlamaq üzrədir
Riqa, 11 yanvar, AZƏRTAC
Hazırda Avropada baş məşqçi vəzifəsi boş olan üç milli komanda var. Bunlardan biri Azərbaycan, digərləri isə Litva və Latviyadır.
AZƏRTAC xəbər verir ki, Latviya Futbol Federasiyasının yanvarın 15-də keçirilməsi nəzərdə tutulan növbəti toplantısında milli komandanın yeni baş məşqçisinin adının rəsmən açıqlanacağı gözlənilir. “Avro 2020”nin seçmə mərhələsi ərəfəsində Latviya millisinin sükanının sloveniyalı mütəxəssis Slavişa Stoyanoviçə tapşırılması ehtimalı yüksəkdir. Bu mütəxəssis hazırda Bolqarıstanın “Levski” klubunu çalışdırır. O, daha əvvəl Sloveniya millisinin və Latviyada “Riqa” klubunun baş məşqçisi olub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:22]
Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib
- 29.03.2024 [18:08]
Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
- 29.03.2024 [17:38]
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]