MƏDƏNİYYƏT


Latviya Musiqi Akademiyasının rektoru: Azərbaycan muğamının qədim ənənələri və gözəl irsi var VİDEO

Riqa, 31 may, AZƏRTAC

Azərbaycandan olan yüksək profilli peşəkar “Qarabağ” Muğam qrupuna ev sahibliyi etmək bizim üçün şərəfdir.

Bu sözləri Latviya Musiqi Akademiyasının rektoru professor, sənətşünaslıq doktoru, görkəmli musiqi xadimi, bir sıra musiqi qruplarının yaradıcısı və bədii rəhbəri Quntars Pranis AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi müsahibədə deyib.

Q.Pranis deyib: “İndiki dövrdə mədəni əlaqələrin olması çox vacibdir. Azərbaycan muğamının qədim ənənələri və gözəl irsi var. Bizim “Qarabağ” Muğam qrupunun musiqiçilərindən, bu irsi tamaşaçılara gözəl göstərə bilən peşəkarlardan öyrənməli çox şeyimiz var. Hamı milli musiqinizi eşidəndə dərin təsirləndi”.

“Biz gələcəkdə musiqi sahəsində əməkdaşlığı gücləndirməliyik. Mən Azərbaycana gəlmək və sizin musiqi mədəniyyətinizlə tanış olmaqda çox maraqlıyam. Əminəm ki, bizim də sizinlə paylaşacağımız çox şey var. Azərbaycan Musiqi Akademiyasının rektorunun Riqaya gəlməsi çox gözəl olardı. Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanovla artıq bu barədə danışmışıq. Bakıya səfər etməkdə və gələcəkdə ölkələrimiz arasında musiqi sahəsində əməkdaşlığı müzakirə etməkdə mən çox maraqlıyam. Əminəm ki, Azərbaycan səfirliyi ilə birlikdə təşkil etdiyimiz bu tədbir atdığımız ilk addımdır. Amma biz əməkdaşlığımızı gələcəkdə daha da intensivləşdirməyimiz üçün irəliyə baxmalıyıq”, - deyə Q.Pranis əlavə edib.

Qeyd edək ki, “Şuşa İli” münasibətilə Latviya Musiqi Akademiyasında “Qarabağ” Muğam qrupunun rəhbəri, professor Mənsum İbrahimovun bu ali təhsil ocağının müəllim və tələbələri qarşısında Azərbaycan muğamları mövzusunda akademik mühazirəsi keçirilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.