SİYASƏT


Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb

Bakı, 9 may, AZƏRTAC

Latviya Respublikasının Prezidenti Eqils Levits Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - xanım Katerina Yuşşenko, Valdis Zatlers, baş katibi Rövşən Muradovu və Mərkəzin əməkdaşı Asim Şahsuvarlını qəbul edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident Eqils Levitsə Mərkəzin qarşıda gələn IX Qlobal Bakı Forumuna hazırlıq prosesi, Ukraynaya və bu ölkə qaçqınlarına humanitar yardım üzrə ali səviyyəli missiya haqqında məlumat verilib.

Latviya Prezidentinə Mərkəzin Nizami Gəncəvinin 880 illiyinə həsr etdiyi “Qələmin Sehri” kitabının xüsusi nəşri təqdim olunub.

Səfər zamanı, o cümlədən Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqa ilə IX Qlobal Bakı Forumuna hazırlıq müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.