Latviya Rusiya telekanalının lisenziyasını ləğv edib
AzerTAg.az

Moskva, 6 dekabr, AZƏRTAC
Rusiyada xarici ölkənin agenti sayılan və ofisi Latviyada yerləşən “Dojd” telekanalının lisenziyası ləğv olunub.
AZƏRTAC xəbər verir ki, Latviya Elektron KİV üzrə Milli Şurası “Dojd” telekanalının yayım lisenziyasını ləğv edib. Kanal Latviyadan sonuncu dəfə dekabrın 8-də efirə çıxacaq. Şura hesab edir ki, “Dojd” yol verdiyi pozuntuların əhəmiyyətini və ciddiliyini anlamır, buna görə də Latviya ərazisindən yayımlana bilməz.
Xatırladaq ki, bir neçə gün əvvəl telekanalın əməkdaşı Aleksey Korostelyov efirdən Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya hərbçilərinə yardım edildiyini demişdi. Buna görə o, kanaldan uzaqlaşdırılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var