DÜNYA


Latviya Seyminə seçkilər keçirilir

Riqa, 6 oktyabr, AZƏRTAC

Bu gün Latviya parlamentinə (Seym) növbəti seçkilər keçirilir. Seçkilər 1075 məntəqədə keçirilir ki, onlardan da 121-i xaricdə yaradılıb.

Latviya Seyminə 100 deputat seçiləcək və bu mandatlar uğrunda 1461 namizəd mübarizə aparır.

Yerli vaxtla saat 12-yə olan nəticələrə görə, artıq 335 min seçici səs verib. Polisin məlumatına görə, həmin saatadək 14 qanun pozuntusu qeydə alınıb.

Səsverməni beynəlxalq müşahidəçi qismində 30 ölkədən 60 nümayəndə izləyir.

Azərbaycandan səsvermənin gedişini Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti və Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov izləyir.

Səsvermə yerli vaxtla saat 20-də yekunlaşacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.