SİYASƏT
Latviya Seyminin Xarici əlaqələr komitəsinin üzvləri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları barədə məlumatlandırılıblar
Riqa, 9 oktyabr, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Latviya Seyminin Xarici əlaqələr komitəsinin sədri Rihard Kols və komitənin digər üzvləri ilə videokonfrans formatında görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə diplomat Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və insan tələfatı barədə komitə üzvlərinə ətraflı məlumat verib, onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb.
Səfir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün Ermənistana beynəlxalq təzyiqlərin göstərilməsinə çağırış edib. O, həmçinin işğalçı qoşunların çıxarılması ilə bağlı Ermənistanın Azərbaycana vaxt cədvəli təqdim etməli olduğuna dair Azərbaycan Respublikası Prezidentinin şərtini çatdırdı.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa