SİYASƏT


Latviya Seyminin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Riqa, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Latviya Seyminin nümayəndə heyəti Bakıya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaradılmasının 100 illik yubiley tədbirində iştirak məqsədi daşıyan səfər ölkəmizin Milli Məclisinin dəvəti ilə reallaşacaq.

Latviya Seymi Prezidiumunun katib müavini Qunars Kutris, Seymin "Yaşıllar və Fermerlər Birliyi" parlament qrupunun sədr müavini Armands Krauze və protokol idarəsi rəhbəri müavini xanım Zane Circanedən ibarət nümayəndə heyətinin səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Aygün Əliyeva,

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.