DÜNYA


Latviya Ukrayna Silahlı Qüvvələrinə hərbi helikopterlər verib

Kiyev, 16 avqust, AZƏRTAC

Latviya dörd helikopteri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə təhvil verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Artis Pabrikas tviterdə bildirib.

“Ukrayna Hərbi Hava Qüvvələri Latviyanın hədiyyə etdiyi 4 helikopteri qəbul edib və bu helikopter tezliklə Ukrayna Silahlı Qüvvələrinin donanmasına daxil ediləcək”, deyə nazir yazıb.

Xatırladaq ki, iyulun sonunda Latviya hökuməti Müdafiə Nazirliyinin Ukraynaya əlavə hərbi yardım göstərmək təklifini dəstəkləmişdi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.