DÜNYA


Latviya dumasına növbədənkənar seçkilərin keçiriləcəyi tarix bəlli olub

Riqa, 9 iyul, AZƏRTAC

Latviya Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 29-da Riqa dumasına növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

AZƏRTAC ölkənin sözügedən qurumun saytına istindla xəbər verir ki, seçkilər Riqa dumasının buraxılması haqqında qanun nəzərə alınmaqla elan olunub. Qərara əsasən, seçki günü məntəqələr yerli vaxtla saat 07:00-dan 22:00-dək açıq olacaq.

Bu il mayın 31-i üçün Riqanın inzibati ərazisində yaşayış yeri üzrə qeydiyyatı olan və ya Riqa inzibati ərazisində əmlaka sahib olan 18 yaşdan yuxarı Latviya və Avropa İttifaqı ölkələrinin vətəndaşları seçkilərdə iştirak etmək hüququna malikdirlər.

Sonuncular seçkilərdə iştirak etmək üçün iyulun 30-dan avqustun 15-dək xüsusi olaraq qeydiyyatdan keçməlidirlər.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.