DÜNYA


Latviya əhalinin azalma sürətinə görə dünyada birincidir

Riqa, 23 fevral, AZƏRTAC

2018-ci ildə Latviyanın əhalisi 0,98 faiz, yəni 18 min 830 nəfər azalıb.

AZƏRTAC “Worldometers” beynəlxalq təşkilatının açıqladığı rəqəmlərə əsasən bildirir ki, bu göstərici ilə Latviya əhalisi sürətlə azalan birinci ölkədir. Latviya Statistika İdarəsi ölkə əhalisinin azalması faktını qəbul etsə də, bu rəqəmin daha az olduğunu qeyd edib.

Rəsmi məlumata görə, ötən il ölkə əhalisinin sayında 14 min nəfər azalma müşahidə edilib ki, bu da 0,74 faiz deməkdir. Lakin bu rəqəmlər də Latviyanın əhalisinin azalma sürətinə görə dünya ölkələri sırasında birinci olması faktını dəyişmir. Çünki ikinci yerdə olan Bolqarıstanda bu göstərici 0,68 faizə bərabərdir.

Qeyd edək ki, Latviya əhalisinin azalmasının əsas səbəbi başqa ölkələrə köçdür.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.