DÜNYA
Latviya əhalisinin hökumətə inamı yüksəlib
Riqa, 10 mart, AZƏRTAC
Latviyada keçirilən sorğunun nəticələrinə görə, əhalinin 58 faizi hökumətə inanmır. 2017-ci ildə isə bu rəqəm 64 faiz olub.
AZƏRTAC xəbər verir ki, “Eurobarometr” təşkilatının Latviyada keçirdiyi sorğu vətəndaşların müxtəlif dövlət strukturlarına inamını müəyyən edib. Məlum olub ki, əhalinin 66 faizi parlamentə, 62 faizi polisə etibar etmir. Latviya vətəndaşlarının yalnız 36 faizi qəzetlərə informasiya mənbəyi kimi inam göstərir. Radioya inananlar 62, televiziyaya inananlar 58 faiz təşkil edir. Sosial şəbəkələrə isə yalnız 21 faiz əhali inamını bildirib.
Sorğuda 15 yaşdan yuxarı 1000 nəfər Latviya vətəndaşı iştirak edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]