DÜNYA


Latviya hökuməti Riqa Mərkəzi Dəmiryol Vağzalını yenidən qurmaq üçün müqavilə imzalayıb

Riqa, 18 iyul, AZƏRTAC 

Latviya hökuməti Riqa Mərkəzi Dəmiryol Vağzalını yenidən qurmaq üçün “Rail Baltica” şirkəti ilə 430 milyon avro dəyərində müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, müqavilə Dauqava çayı üzərində 1,1 kilometrlik körpünün tikintisini, mövcud xətlərin yenilənməsi və vağzal binasının rekonstruksiyasını ehtiva edir. Vağzal binası polad konstruksiya və şüşələrdən qurulacaq. Həmçinin yeni sərnişin platformaları, keçidlərin tikilməsi, nəqliyyat qovşağının müasirləşdirilməsi və köhnə tikililərin sökülməsi nəzərdə tutulur.

Layihənin maliyyə dəyərinin 85 faizini Avropa İttifaqı, 15 faizini isə Latviya hökuməti təmin edir. Bu layihə ümumi dəyəri 5 milyard avro olan “Rail Baltica” layihəsinin bir hissəsidir. 870 kilometrlik yol layihəsinin məqsədi Baltik ölkələrinin Avropa dəmiryolu sisteminə inteqrasiyasıdır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.