MƏDƏNİYYƏT


Latviya portalında Azərbaycanın altı turistik yeri barədə məlumat verilib

Riqa, 12 aprel, AZƏRTAC 

Latviyanın www.delfi.lv portalında Azərbaycanın altı ən məşhur turistik əhəmiyyətli yeri barədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Odlar diyarı” adlandırıldığı məqalədə ölkə qədimliyi və müasirliyi bir arada birləşdirən unikallığa malik göstərilir.

Siyahıda Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, yerli Maçi-Piçku və ya Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları və Talış dağlarının adları yer alıb. Hər bir yer haqqında maraqlı məlumatların bölüşdürüldüyü məqalə latış turistləri üçün çox maraqlı ola bilər.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.