SİYASƏT
Latviya portalında Ermənistanın son hərbi təxribatları barədə məqalə dərc edilib
Riqa, 24 oktyabr, AZƏRTAC
Latviyanın “press.lv” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundovun “Biz öz torpaqlarımızı geri qaytaracağıq” sərlövhəli müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, səfir müsahibəsində Qarabağın Azərbaycanın tarixi torpağı olması, Dağlıq Qarabağ və ətraf rayonların 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması, münaqişənin sülh yolu ilə həlli istiqamətində görülmüş işlər, Ermənistan tərəfinin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum tədbirləri həyata keçirməsi haqqında danışıb.
Diplomat Ermənistan tərəfinin münaqişə və hərbi əməliyyatlar ilə bağlı yaydığı saxta məlumatların ifşa olunmasının zəruriliyi, rəsmi İrəvan tərəfindən beynəlxalq humanitar hüququn dəfələrlə kobud şəkildə pozularaq Dağlıq Qarabağ regionundan kənarda yerləşən şəhər və rayonlarımızı dinc əhalini hədəfə alması, eləcə də Azərbaycan tərəfinin haqlı mövqeyi barədə məlumat verib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa