DÜNYA


Latviya qeyri-vətəndaşların doğulacaq uşaqlarına vətəndaşlıq verməyi planlaşdırır

Riqa, 19 sentyabr, AZƏRTAC 

Latviya Seymi burada yaşayan qeyri-vətəndaşların 2020-ci ildən sonra doğulacaq övladlarına vətəndaşlıq verməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, sözügedən qanun layihəsi Seymin 13-cü çağırışı tərəfindən müsbət qarşılanıb və ikinci oxunuşa təqdim olunub. Qanun layihəsində qeyd olunur ki, yeni doğulacaq körpənin valideynləri başqa ölkəyə vətəndaşlıq üçün müraciət etmədikləri halda, uşaq avtomatik olaraq Latviya vətəndaşlığı alacaq.

Bu təklifi eks-prezident Raymond Veyonis səlahiyyət müddətinin başa çatmasına az qaldığı bir vaxtda irəli sürmüşdü. Lakin seymin 12-ci çağırışı məsələyə soyuq yanaşmışdı. Hazırkı hökumət isə ölkədə qeyri-vətəndaşların sayının artmamasının tərəfdarıdır və onlara bütün hüquqların verilməsini istəyir.

Qeyd edək ki, hazırda Latviyada təxminən 500-dək Azərbaycan vətəndaşı daimi yaşamaqdadır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.