SİYASƏT


Latviya televiziyasında Respublika Günü haqqında reportaj yayımlanıb VİDEO

Riqa, 28 may, AZƏRTAC

28 May - Respublika Günü münasibətilə Latviyanın aparıcı “Riga 24” telekanalında videoreportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Latviyadakı Səfirliyinin təşkilatçılığı və “CBC” televiziya kanalının müvafiq videosüjeti əsasında hazırlanmış reportajda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, demokratik inkişaf yolu, tarixi şəxsiyyətləri, dövlət rəmzləri, Azərbaycanda müstəqil dövlət quruculuğu və dünya demokratiya tarixinə töhfələri barədə geniş məlumat verilib.

Tarixi video və fotomateriallar əsasında hazırlanmış reportaj latış dilinə dublyaj edilib və kanalın “INFOLAIKS” (“Xəbər Vaxtı”) proqramında nümayiş olunub.

Qeyd edək ki, “Rīga 24” kanalı Latviyada sənədli diskussiya proqramları təqdim edən televiziya kanalıdır və kanal həftənin aktual mövzuları üzrə latviyalı liderlərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.